Bakıxanov qəsəbəsində yerləşən, qanuni 2 otaqlı köhnə tikili bina evi satılır. Mənzil 6 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir, ümumi sahəsi 75 m²-dir. Super təmirli və səliqəli vəziyyətdədir, çıxarışı (kupça) var və alqı-satqıya tam hazırdır.
Mənzilin gözəl mənzərəsi mövcuddur. Stimul hospitalın, Möcüzə marketin yaxınlığında yerləşir. Kupçada 70 m² qeyd olunub. Daimi qaz, su və elektrik təminatı var, kabel TV və internet mövcuddur. 1.5 tonluq su çəni quraşdırılıb. İstilik sistemi kombidir.
Ev yüksək keyfiyyətlə izolyasiya olunub: 2 qat daş yunu və steklavatla izolyasiya edilib, dam hissəsi xüsusi qaydada möhkəmləndirilib və mənzil qışda çox isti saxlayır. Daxili tavan hündürlüyü 3 metrdir.
Ətraf ərazi infrastruktura çox zəngindir: yaxınlıqda uşaq meydançası, 2 məktəb, uşaq bağçası, müxtəlif mağazalar, 24/7 işləyən marketlər və apteklər mövcuddur. Rahat yaşayış üçün bütün şərait var. Çox münasib qiymətə təklif olunur. KOD:9900
"ASEMLAK" daşınmaz əmlak agentliyi 2019-cu ildən fəaliyyətə başlayıb. Şirkətimiz müxtəlif təyinatlı əmlakların alqı-satqısı, icarəyə verilməsi, qiymətləndirilməsi, əmlakların alqı-satqısına dair təcrübəli mütəxəssislər tərəfindən məsləhətlərin verilməsi və s. xidmətlər üzrə fəaliyyət göstərir.
Mail - info.asemlak.az