Səbail rayonu Bakı şəhərinin mərkəzi və ən prestijli ərazilərindən biridir. Burada dəniz mənzərəli yeni tikililər, İçərişəhər kimi tarixi zonalarda yerləşən mənzillər və Badamdar kimi ərazilərdə villa tipli evlər satılır. Səbail rayonu həm mədəni, həm də inzibati mərkəz sayıldığından, daşınmaz əmlak bazarında bu ərazidəki evlərə maraq yüksəkdir. Qiymətlər evin yerləşdiyi məkan, sahə və təmir səviyyəsinə görə dəyişir.