Ödənişlərin geri qaytarılmasına dair şərtlər
Bilev.net platformasında yerləşdirilmiş elanlar və agentlik abunəlikləri üçün ödənilmiş məbləğlər ümumi qaydada geri qaytarılmır. Lakin aşağıdakı hallarda istisna tətbiq edilir.
Ödəniş uğurla icra edildiyi halda xidmət aktiv olmadıqda (sistem xətası, elanın yayımlanmaması və s.), müraciət tarihindən etibarən 3 iş günü ərzində ödəniş geri qaytarılır və ya xidmət yenidən aktivləşdirilir.
Eyni xidmət üçün iki dəfə ödəniş edildiyi təsdiqlənərsə, artıq ödənilmiş məbləğ 5 iş günü ərzində geri qaytarılır.
Aşağıdakı hallarda ödəniş geri qaytarılmır:
— Elan platformanın qaydalarını pozduğuna görə silinibsə;
— Abunəlik müddəti başlayıbsa (tam və ya qismən istifadə olunmasa belə);
— İstifadəçi özü elanı deaktiv edibsə.
Geri qaytarma tələbi üçün əlaqə səhifəsi vasitəsilə ödəniş tarixi, məbləği və bank kartı məlumatlarını (son 4 rəqəm) göndərin. Müraciətlər iş günləri 09:00–18:00 arasında nəzərdən keçirilir.
© 2025 Alstore MMC