Yeni tikili 24 mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşən, 2 otağa düzəlmə və təmirli mənzil satılır. Qeyd edək ki, binanın ilk 6 mərtəbəsi qaraj kimi nəzərdə tutulub, bu səbəbdən mənzil faktiki olaraq yaşayışın 11-ci mərtəbəsinə düşür.
Bina tam yaşayışlıdır, su və işıq daimidir, qaz xətti çəkilib. Liftlər işlək vəziyyətdədir və binada ümumi mənzillərin təxminən 80%-i artıq təmir olunub.
Mənzil səliqəli təmirə malikdir və rahat yaşayış üçün əlverişlidir. Ehtiyat məqsədilə su çəni də quraşdırılıb. Satış zamanı elektronika və məişət texnikası çıxarılacaq, lakin mətbəx mebeli, dəhliz mebeli və yataq otağı mebeli mənzildə qalacaq.
Binanın yerləşdiyi ərazi də çox əlverişlidir. Binanın altında market və uşaq bağçası fəaliyyət göstərir, bu da gündəlik ehtiyaclar üçün böyük rahatlıq yaradır.KOD: 8822
"ASEMLAK" daşınmaz əmlak agentliyi 2019-cu ildən fəaliyyətə başlayıb. Şirkətimiz müxtəlif təyinatlı əmlakların alqı-satqısı, icarəyə verilməsi, qiymətləndirilməsi, əmlakların alqı-satqısına dair təcrübəli mütəxəssislər tərəfindən məsləhətlərin verilməsi və s. xidmətlər üzrə fəaliyyət göstərir.
Mail - info.asemlak.az