Binəqədi rayonu, 8-ci mikrorayonda “Qızıl Açar” MTK tərəfindən inşa edilmiş binada 3 otaqlı (4 otağa çevrilə bilən) 164 m² sahəli mənzil satışa çıxarılıb. Mənzil yüksək keyfiyyətli materiallarla zövqlə təmir olunub və mebellərlə birlikdə təklif olunur.
Mənzildə 2 sanitar qovşağı mövcuddur, onlardan biri böyük yataq otağında yerləşir. Üç geniş balkon tam təmirli vəziyyətdədir. Daxili giriş mərmərlə işlənmiş, isti döşəmə sistemi ilə təchiz olunmuşdur. Mənzilin planlaşdırılması imkan verir ki, əlavə otaq yaradılaraq 4 otaqlı mənzil formasına salınsın.
Binanın həm Cəfər Xəndan küçəsinə, həm də Naxçıvani küçəsinə rahat çıxışı var. Ərazi infrastruktur baxımından inkişaf etmiş, nəqliyyat və xidmət obyektlərinə yaxın yerləşir.
Qiymət: 480.000 AZN
"Best Home" Daşınmaz Əmlak Şirkəti xidmətinizdədir. Fəaliyyətimizə mənzillərin nağd və ya kreditlə satışı və kirayəsi, obyektlərin, torpaq sahələrinin, bağ evi və villaların satışı və kirayəsi, dizayn işləri, sifarişlə bağ evi və villaların sıfırdan tikilişi və təmiri, pulsuz konsultasiya, əmlakın peşəkar çəkilişi və reklamı daxildir.