5 sot torpaq sahəsində inşa olunmuş evin ümumi sahəsi 146 m²-dir. Evin daxilində 3 yataq otağı, geniş zal, geniş dəhliz, mətbəx və 2 sanuzel mövcuddur.
Həyəti genişdir, müxtəlif meyvə ağacları və yaşıllıq sahəsi var. Mətbəx mebeli evdə qalır, digər əşyalar isə razılaşma yolu ilə qala bilər.
Evin çıxarışı (kupçası) var və bütün sənədləri qaydasındadır. Ev ipotekaya yararlıdır.
Həyətdə qapalı besedka, yay mətbəxi və ayrıca sanitar qovşaq (tualet) mövcuddur. Evin altında bankalar və ərzaq saxlamaq üçün geniş podval var.
Həyətdə böyük su çəni quraşdırılıb və ərazidə indiyədək su problemi yaşanmayıb. Yağış sularının evə və həyətə heç bir təsiri yoxdur.
Torpaq sahəsi geniş olduğundan istəyə uyğun olaraq həyətdə əlavə bir ev də tikmək mümkündür. Qiymətdə razılaşmaq olar.KOD: 3000
"ASEMLAK" daşınmaz əmlak agentliyi 2019-cu ildən fəaliyyətə başlayıb. Şirkətimiz müxtəlif təyinatlı əmlakların alqı-satqısı, icarəyə verilməsi, qiymətləndirilməsi, əmlakların alqı-satqısına dair təcrübəli mütəxəssislər tərəfindən məsləhətlərin verilməsi və s. xidmətlər üzrə fəaliyyət göstərir.
Mail - info.asemlak.az