4 otaqlı, 126 m² sahəyə malik mənzil şəhərin ən prestijli və mərkəzi nöqtələrindən birində — Milli Bankın, Milli Konservatoriyanın və Heydər Əliyev Sarayının qarşısında yerləşən memarlıq üslublu binada yerləşir. Mənzil 4 mərtəbəli binanın 2-ci mərtəbəsindədir, giriş həyətdəndir.
Qaz, su və elektrik daimidir. Kombi sistemi quraşdırılıb, isti döşəmə mövcuddur. Mənzil kondisioner, internet və digər zəruri kommunikasiyalarla tam təmin olunub. Uzun və geniş qapalı eyvanları, 3,5 metr hündürlüyündə tavanı mənzilə əlavə genişlik və rahatlıq bəxş edir.
Kupça (çıxarış) mövcuddur. Ətraf ərazidə rahat yaşayış üçün lazım olan bütün infrastruktur — mağazalar, ticarət mərkəzləri, tibbi müəssisələr və digər vacib obyektlər yerləşir.
Kod: 6606
"ASEMLAK" daşınmaz əmlak agentliyi 2019-cu ildən fəaliyyətə başlayıb. Şirkətimiz müxtəlif təyinatlı əmlakların alqı-satqısı, icarəyə verilməsi, qiymətləndirilməsi, əmlakların alqı-satqısına dair təcrübəli mütəxəssislər tərəfindən məsləhətlərin verilməsi və s. xidmətlər üzrə fəaliyyət göstərir.
Mail - info.asemlak.az