Sərin və təmiz havası, gözəl təbiəti, bol sulu bulaqları ilə məşhur olan İsmayıllı rayonunun İstisu kəndində yerləşən, istirahət üçün ideal şəraitə malik 5 otaqlı, tam təmirli bağ evi satılır.
Ev 11 sot torpaq sahəsində yerləşir və ümumilikdə 5 otaqdan ibarətdir. Həyətdə bir böyük 3 otaqlı əsas ev və əlavə olaraq 2 otaqlı yay evi mövcuddur. Ev və torpaq sahəsinin bütün sənədləri qaydasındadır, çıxarışı var. Həmçinin ev şəxsi sayğaclarla təmin olunub.
Həyətdə istirahət üçün şəxsi su hovuzu/baseni və yay aylarında ailəvi şəkildə dincəlmək üçün besedka mövcuddur. Geniş və səliqəli həyəti, təmiz havası və sakit mühiti ilə həm daimi yaşayış, həm də yay istirahəti və bağ evi kimi istifadə üçün çox əlverişlidir.
Ev əşyaları ilə birlikdə satılır. Elanın şəkillərindən əlavə, evin və həyətin bütün hissələrini ətraflı göstərən videolar da mövcuddur.
Real alıcıya qiymətdə razılaşma və endirim mümkündür. Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz. KOD:7788
"ASEMLAK" daşınmaz əmlak agentliyi 2019-cu ildən fəaliyyətə başlayıb. Şirkətimiz müxtəlif təyinatlı əmlakların alqı-satqısı, icarəyə verilməsi, qiymətləndirilməsi, əmlakların alqı-satqısına dair təcrübəli mütəxəssislər tərəfindən məsləhətlərin verilməsi və s. xidmətlər üzrə fəaliyyət göstərir.
Mail - info.asemlak.az