Sahə 234 m²
Torpaq sahəsi 3.3 sot
Otaq sayı 6
Çıxarış var
Qara Qarayev metrosuna və Sevinc Mall-a təxminən 10 dəqiqəlik məsafədə, şəhərin bahalı və prestijli ərazisində yerləşən, ümumi sahəsi 3.3 sot olan torpaq sahəsində inşa edilmiş təmirli 6 otaqlı həyət evi satılır. Ərazi infrastruktura baxımından çox əlverişlidir — yaxınlıqda aptek, marketlər və avtobus dayanacağı mövcuddur.
Həyətdə 2 mərtəbəli əsas yaşayış evi və 1 mərtəbəli əlavə köməkçi ev yerləşir. Həyət abadlaşdırılıb, müxtəlif növ meyvə ağacları var və ağacların inkişafı üçün Şamaxı və Gəncə torpağı tökülüb.
Əsas ev 234 m² sahəyə malikdir, 6 otaqdan ibarətdir. Həm 1-ci, həm də 2-ci mərtəbədə hamam və sanitar qovşağı mövcuddur. 1-ci mərtəbədəki sanitar qovşaq yeni sahibin zövqünə uyğun yenidən təmir edilə bilər. Evin balkonu var və istəyə görə böyütmək imkanı mövcuddur. Qaz, su, işıq daimidir, hər iki ev kombi sistemi ilə təchiz olunub.
Ev 2006-cı ildə tikilib, qanuni qeydiyyatlıdır və lisenziyalı layihə əsasında inşa edilib. Dövlət tərəfindən kupçanın bu il veriləcəyi bildirilib. Alqı-satqı notarial qaydada həyata keçirilir.
Köməkçi ev də qaz, su, işıq və kombi sistemi ilə təmin olunub. Yaşayış və investisiya baxımından çox əlverişli, geniş və komfortlu həyət evidir.KOD:0200
"ASEMLAK" daşınmaz əmlak agentliyi 2019-cu ildən fəaliyyətə başlayıb. Şirkətimiz müxtəlif təyinatlı əmlakların alqı-satqısı, icarəyə verilməsi, qiymətləndirilməsi, əmlakların alqı-satqısına dair təcrübəli mütəxəssislər tərəfindən məsləhətlərin verilməsi və s. xidmətlər üzrə fəaliyyət göstərir.
Mail - info.asemlak.az