Kateqoriya Həyət evi/Bağ evi
Sahə 240 m²
Torpaq sahəsi 7 sot
Otaq sayı 6
Çıxarış var
Təmir var
Novxanı qəsəbəsində əsas yoldan 150 metr məsafədə 7 sot torpaq sahəsində yerləşən 240 m², 6 otaqlı, 1 mərtəbəli həyət evi satılır. Ev 2022-ci ildə şəxsi yaşayış üçün tikilib. 6 daş kürsülü, 12 kalonlu, qoşa daş və monolit konstruksiya ilə inşa olunub. Tavanın hündürlüyü 3.60 metrdir.
Evin bütün döşəmələri isti pol sistemidir. Ev əşyalarla birlikdə satılır, elektronikalar götürülür.
Həyətdə sanitar qovşağı olan 50 m² qış-yay mətbəxi, əlavə tikili və istirahət üçün besedka mövcuddur. Hovuz üçün hazır sahə var. Geniş və rahat həyəti olan evin girişində keyfiyyətli aqlay daşlarla bəzədilmiş, uzaqdan idarə olunan jalüz və domofon sistemi ilə işləyən qapı quraşdırılıb. Evin hər tərəfində təhlükəsizlik kameraları mövcuddur.
Ev sakit və əlverişli ərazidə yerləşir. Dənizə, əsas yola və magistrala rahat çıxış var. Ətrafda yaşayış evləri mövcuddur. Yol infrastrukturu yaxşıdır və Bakı şəhərinə rahat çıxış imkanı var.
Torpaq və tikili üzrə bütün sənədlər qaydasındadır. Paket çıxarış (kupça) mövcuddur.
Belə keyfiyyətli və geniş həyətə sahib bağ evləri bazarda nadir hallarda olur! Təcili satılır.
KOD:8587