Elan 48778
Tarix 2026-04-15 15:47:02
Kateqoriya Həyət evi
Şəhər Bakı , Səbail , Badamdar
Sahə (m²) 400 m²
Otaq Sayı 6
Mərtəbə sayı 4

Səbail rayonunun Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən möhtəşəm panoramalı həyət evi satılır. Ev 5 sot torpaq sahəsində inşa edilib və ümumi sahəsi 400 m² təşkil edir.
Şəxsi istifadə üçün tikilmiş bu yeni tikili ev 4 mərtəbədən ibarətdir (3 yaşayış mərtəbəsi və zirzəmi). Tikinti zamanı ara keçmələr monolit betondan hazırlanıb, təmir prosesində isə yalnız keyfiyyətli və bahalı materiallardan istifadə olunub. Ev 6 geniş otaq, rahat planlaşdırılmış mətbəx, geniş holl və bir neçə sanitar qovşaqdan ibarətdir. Həm evin daxilində, həm də həyətdə sanitar qovşaqlar mövcuddur.
Evdə kombi istilik sistemi quraşdırılıb, mərtəbələrin əksəriyyəti isti döşəmə ilə təchiz olunub. Holl və mətbəx hissələrində granit və mərmər döşəmələr istifadə edilib. Evin 3-cü mərtəbəsi geniş terras kimi nəzərdə tutulub və buradan möhtəşəm panorama açılır. Hər mərtəbədən dənizə və Nargin adasına açılan gözəl mənzərə mövcuddur ki, Badamdarda belə panoramaya nadir hallarda rast gəlinir.
Həyətində yay mətbəxi, besedka və yeni tikilmiş qaraj yerləşir. Qaraj və giriş qapısı avtomatik pult sistemi ilə idarə olunur. Ev mühafizə kameraları və Wi-Fi sistemi ilə təmin olunub. Qaz, su və işıq daimidir, ev çox işıqlı və rahat yaşayış üçün tam hazır vəziyyətdədir.
Sənədlər tam qaydasındadır – evin və torpaq sahəsinin çıxarışı (kupça) və texniki pasportu mövcuddur.
Ev əşyaları ilə birlikdə satılır, real alıcı ilə qiymətdə razılaşmaq və barter variantına baxmaq mümkündür. Təcili satış olduğu üçün real dəyərindən aşağı qiymətə təklif olunur. Kod: 3919

575000 AZN

Asemlak Daşınmaz Əmlak Agentliyi

"ASEMLAK" daşınmaz əmlak agentliyi 2019-cu ildən fəaliyyətə başlayıb. Şirkətimiz müxtəlif təyinatlı əmlakların alqı-satqısı, icarəyə verilməsi, qiymətləndirilməsi, əmlakların alqı-satqısına dair təcrübəli mütəxəssislər tərəfindən məsləhətlərin verilməsi və s. xidmətlər üzrə fəaliyyət göstərir. Mail - info.asemlak.az

1477 Təklif
09:00-19:00



Bakida gunluk kiraye evler İsmayıllıda Günlük Kirayə masazirda heyet evleri Sarayda kreditle bina evleri.. Saray torpaq satilir.. Sarayda kirayə həyət evləri.. Sumqayitda 2 otaqli evler Bakixanovda evler satilir.. Xirdalanda kiraye heyet evleri. Masazirda satıilan heyet evleri.. Merdekanda heyet evleri kiraye.. Yasamalda kiraye evler Nəsimidə kirayə evlər Binəqədidə satılıq evlər Bakı Binəqədi Yeni Tikili Bakida kiraye evler afreme gunluk qebelede aframe evler ismayillida aframe evler Günlük Kirayə Suraxanıda satılıq evlər Xətaidə satılıq evlər Səbail rayonunda satılıq evlər Sabunçu rayonunda satılıq evlər Abşeronda satılıq evlər Xətaidə kirayə evlər ucuz ve rahat otel Binəqədidə kirayə evler



Left Ad
Right Ad

© 2025 Alstore MMC. Developer by Backend.az