Sumqayıtda əsas yolun üzərində yerləşən, möhkəm bünövrə üzərində şəxsi istifadə üçün inşa edilmiş bu 3 mərtəbəli həyət evi həm yaşayış, həm də kommersiya fəaliyyəti üçün əla seçimdir. Tikili sahəsi 12.5 × 12.5 metr (təxminən 1.5 sot), əlavə olaraq isə 1.4 sot həyəti mövcuddur.
Evin çıxarışı (kupçası) var. Su, qaz və işıq daimidir, bütün kommunikasiyalar ana xətdən çəkilib. Yol tam asfaltdır, marşrut xətti evin qarşısından keçir. Dənizə piyada cəmi 10 dəqiqəlik məsafədə yerləşir.
Ev yüksək keyfiyyətlə cüt daşla tikilib, tikintiyə dair bütün texniki sənədlər və qiymətləndirmə sənədləri mövcuddur. Hündür ərazidə yerləşdiyi üçün yağışlı havalarda belə heç bir problem yaranmır.
Birinci mərtəbədə 2 geniş otaq, böyük mətbəx, hamam-sanitar qovşağı və 3–4 avtomobillik qaraj yerləşir. İkinci mərtəbədə 4 otaq və geniş zal, üçüncü mərtəbədə isə mansard və açıq terras mövcuddur.
Əmlak biznes fəaliyyəti üçün də geniş imkanlara malikdir. Daha əvvəl uşaq bağçası, tələbə yataqxanası və dərzi sexi kimi istifadə olunub. İstirahət mərkəzi, idman zalı, tədris kursu, klinika, ofis və digər kommersiya obyektləri üçün də əlverişlidir. Yüksək yerləşmə üstünlüyü və əlverişli infrastrukturu sayəsində aylıq 1000 AZN və daha yüksək məbləğdə icarə gəliri əldə etmək potensialına malikdir.
"ASEMLAK" daşınmaz əmlak agentliyi 2019-cu ildən fəaliyyətə başlayıb. Şirkətimiz müxtəlif təyinatlı əmlakların alqı-satqısı, icarəyə verilməsi, qiymətləndirilməsi, əmlakların alqı-satqısına dair təcrübəli mütəxəssislər tərəfindən məsləhətlərin verilməsi və s. xidmətlər üzrə fəaliyyət göstərir.
Mail - info.asemlak.az