Elan 48084
Tarix 2026-04-10 12:45:54
Kateqoriya Villa
Şəhər Bakı , Biləcəri
Sahə (m²) 450 m²
Otaq Sayı 7

Biləcəri qəsəbəsində, Respublika Dövlət Yol Polisi İdarəsi və Neptun Supermarket yaxınlığında yerləşən prestijli ərazidə 3 sot torpaq sahəsində inşa olunmuş 2 mərtəbəli həyət evi satışa təqdim olunur. Ev monolit beton konstruksiya ilə tikilib və möhkəmliyi, keyfiyyəti ilə seçilir. Ümumi yaşayış sahəsi 450 m² təşkil edir və ev 7 otaqdan ibarətdir. Otaqlar geniş, işıqlı və rahat planlaşdırılıb.
Evdə 6 geniş yaşayış otağı, 3 hamam–sanitar qovşaq və böyük, funksional mətbəx mövcuddur. Mənzil yüksək səviyyədə təmir olunub, təmir zamanı keyfiyyətli materiallardan istifadə edilib. Hündür tavanlar və ideal planlaşdırma evə daxil olan kimi genişlik və komfort hissi yaradır. İşıqlandırma və interyer detalları evin ümumi görünüşünü daha da zövqlü edir.
Evin padval mərtəbəsi əlavə üstünlüklər təqdim edir. Burada şəxsi trenajor otağı və əlavə sanitar qovşaq yerləşir ki, bu da evdə yaşayanlar üçün maksimum rahatlıq yaradır. Həyətyanı sahə geniş və səliqəlidir, avtomobillər üçün rahat parkinq imkanı var və qonaq qəbul etmək, həmçinin ailəvi istirahət üçün əlverişli şərait mövcuddur.
Bu ev geniş ailə üçün, prestijli yaşayış arzulayanlar və keyfiyyətli, möhkəm tikili axtaranlar üçün ideal seçimdir. Ev təcili satılır və real alıcı ilə qiymətdə razılaşmaq mümkündür. Kod: 2828.

400000 AZN

Asemlak Daşınmaz Əmlak Agentliyi

"ASEMLAK" daşınmaz əmlak agentliyi 2019-cu ildən fəaliyyətə başlayıb. Şirkətimiz müxtəlif təyinatlı əmlakların alqı-satqısı, icarəyə verilməsi, qiymətləndirilməsi, əmlakların alqı-satqısına dair təcrübəli mütəxəssislər tərəfindən məsləhətlərin verilməsi və s. xidmətlər üzrə fəaliyyət göstərir. Mail - info.asemlak.az

1480 Təklif
09:00-19:00



Bakida gunluk kiraye evler İsmayıllıda Günlük Kirayə masazirda heyet evleri Sarayda kreditle bina evleri.. Saray torpaq satilir.. Sarayda kirayə həyət evləri.. Sumqayitda 2 otaqli evler Bakixanovda evler satilir.. Xirdalanda kiraye heyet evleri. Masazirda satıilan heyet evleri.. Merdekanda heyet evleri kiraye.. Yasamalda kiraye evler Nəsimidə kirayə evlər Binəqədidə satılıq evlər Bakı Binəqədi Yeni Tikili Bakida kiraye evler afreme gunluk qebelede aframe evler ismayillida aframe evler Günlük Kirayə Suraxanıda satılıq evlər Xətaidə satılıq evlər Səbail rayonunda satılıq evlər Sabunçu rayonunda satılıq evlər Abşeronda satılıq evlər Xətaidə kirayə evlər ucuz ve rahat otel Binəqədidə kirayə evler



Left Ad
Right Ad

© 2025 Alstore MMC. Developer by Backend.az