Yeni Yasamal qəsəbəsində 77 nömrəli avtobusun son dayanacağında, Milli Qvardiyanın binasında yerləşən 3 otaqlı, 72 m² mənzil satılır.
Mənzil 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Təmirli və yaşayış üçün tam hazır vəziyyətdədir. Çıxarışı var və ipotekaya yararlıdır.
Mənzil yelçəkəndir, bütün kommunal sistemlər mövcuddur. İstilik sistemi mərkəzidir. Otaqlara giriş dəhlizdəndir. Mənzildə 2 balkon, ayrıca hamam və tualet mövcuddur.
Mənzilin tam yaxınlığında, hətta balkondan görünən məsafədə məktəb və bağça yerləşir. Ətrafında yaşayış üçün bütün zəruri infrastruktur mövcuddur.
Mənzilin əlavə üstünlüklərindən biri də mansard hissəsinin olmasıdır. Bütün otaqların üst hissəsi mənzilə aid ərazidir. Mansardda əlavə otaqlar, hamam-tualet yaradılıb, həmçinin istilik sistemi, işıq, su və kanalizasiya xətləri mövcuddur. Qeyd edək ki, mansard hissəsi sənədlə rəsmiləşdirilməyib.
Binanın qarşısında və arxasında gələcəkdə əlavə bina tikilməsi üçün uyğun ərazi yoxdur. Ərazi şəkillərdə göründüyü kimidir.
"ASEMLAK" daşınmaz əmlak agentliyi 2019-cu ildən fəaliyyətə başlayıb. Şirkətimiz müxtəlif təyinatlı əmlakların alqı-satqısı, icarəyə verilməsi, qiymətləndirilməsi, əmlakların alqı-satqısına dair təcrübəli mütəxəssislər tərəfindən məsləhətlərin verilməsi və s. xidmətlər üzrə fəaliyyət göstərir.
Mail - info.asemlak.az